USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

1 manatlıq dönərlər tarixə qarışır - Qiymət qalxacaq, keyfiyyət isə...

17.02.2020 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunun nəzdində "Süfrə" MMC yaradılacaq. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, qurumun pilot layihələrdən biri çərçivəsində bütün sanitar gigiyenik göstəriciləri beynəlxalq standartlara uyğun şəkildə özündə əks etdirən dönərxanalar və ət kəsim məntəqələri yaradılacaq.

Bəs bu ölkədəki dönərxanalarda gigiyenik normaların təmin olunmasına və qiymətlərə necə təsir edəcək?

Məsələ ilə əlaqədar qida üzrə mütəxəssis İsa Əliyev "Yeni Sabah"a açıqlamasında bildirdi ki, bu insanların daha təmiz dönərlərlə qidalanmasına şərait yaradacaq:

"AQTA-nın bu təşəbbüsü əslində təqdirəlayiqdir. Müxtəlif bölgələrdən püşkatma yolu ilə seçilən dönərxanalar gigiyenik və sanitar qaydalara riayət edəcək şəkildə maarifləndirilib, nümunəvi hala gətiriləcəklər. Bu da o deməkdir ki, digər dönərxanaların sahibkarları həmin nümunəvi dönərxanalara baxaraq, onları təqlid edəcəklər. Belə olan halda dönərxanalara ətlərin hardan gəldiyi məsələsinə həmin obyektlərin sahibləri tərəfindən daha ciddi və daha dəqiq baxılacaq. Məsələn, kəsilən heyvanların sertifikatının olub-olmaması, sağlamlıqlarının hansı vəziyyətdə olması, kəsilmə şəraiti və s. barəsində daha dəqiq məlumat əldə etmək olacaq. Bu kimi bütün məlumatlar artıq sahibkarın əlində olacaq. Bu sahədə vəziyyət tamam dəyişəcək".

Ekspert qeyd edib ki, dönərxanalarda istifadə olunan yağlardan, ətin bişirilmə şəraitinədək hər şeyə daha düzgün riayət olunacaq:

"Bilirsiniz ki, əti çiy halda yemək insan sağlamlığına nə qədər ziyanlıdır. Bəzi dönərxanalarda da ətlər tam bişirilmir, bu da zəhərlənmə hadisəsinə gətirib çıxarır. Bunlar üçün də normativlər qəbul olunacaq. Mən ümid edirəm ki, bu layihə maarifləndirmə xarakteri daşıyacaq və insanların sağlam qidaya meyl etməsinə səbəb olacaq".

Ekspert bu yeniliyin dönərlərin qiymətinə təsir edəcəyini də istisna etməyib:

"Ətlər və dönərxanalar daha keyfiyyətli olacağı üçün qiymətlərin də artacağı gözlənilir. Amma unutmamaq lazımdır ki, bundan əvvəl bir manata satılan dönərlərin hansı fəsadlar əmələ gətirdiyinin biz şahidi olmuşuq. Keçən il və ondan əvvəlki illərdə bir manatlıq dönərlərlə bağlı zəhərlənmələr xeyli artmışdı. Bunun da səbəbi keyfiyyətsiz, mənşəyi bəlli olmayan, ucuz ətlər idi. Dönərin qiyməti qalxacaq, amma daha keyfiyyətli qidalarla qidalanacağıq".

  • Əvvəlki

    "AG Bank"ın - SƏHMDARLARI TOPLAŞIR

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0