USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda ictimai iaşə dövriyyəsi yanvarda 8,3% artıb

18.02.2020 İqtisadiyyat
0 0
Bu ilin yanvar ayında Azərbaycanın ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,3% artaraq 112 mln. manat olub.

"Kommersant.az"ın Dövlət Statistika Komitəsinə (DSK) istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42%-i hüquqi şəxslərin, 58%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar ayı ilə müqayisədə 7,9% artaraq 46,5 mln. manat təşkil edib.