USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

PAŞA Holding “Biz birlikdə güclüyük” aksiyasına 7 milyon manat ayırıb

29.04.2020 İqtisadiyyat
0 0
PAŞA Holding Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Biz birlikdə güclüyük” aksiyasına dəstək göstərmək məqsədilə 7 milyon manat vəsait ayırıb.

"Kommersant.az"-ın məlumatına görə, sözügedən bu layihə çərçivəsində "Biz Birlikdə güclüyük" şüarı altında 200.000-dən çox aztəminatlı və digər həssas kateqoriyadan olan ailəyə ərzaq yardımının göstərilməsi nəzərdə tutulub. Aksiya Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədini daşıyır.

Xatırladaq ki, PAŞA Holding bu dövr ərzində koronavirusla mübarizə üçün laboratoriyanın yaradılması və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə fermerlərə mikrokreditlərin təqdim edilməsi kimi xeyriyyə məqsədli fəaliyyətlər də icra edib.

  • Əvvəlki

    "Atabank" və "Amrah Bank"ın bağlanması koronavirus və neftin ucuzlaşması ilə əlaqəli deyil

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0