USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Broyler toyuqların tərkibində 40 faiz naməlum maddə var” - ŞOK

25.06.2020 İqtisadiyyat
0 0
Maştağa qəsəbəsində yerləşən toyuq sexlərindən birində xoşagəlməz mənzərə aşkar olunub. Sahibkar onun üçün yaradılan şəraitdən sui-istifadə edərək toyuqlara su vurub onları şişirdir. Həmin toyuqlar daha sonra satışa çıxarılır.

"Kommersant.az" xəbər verir ki, sözügedən hadisə ilə bağlı sosial şəbəkələrdə video da yayılıb. Görüntülərdən aydın olur ki, toyuqlara xüsusi şprislə su vururlar. Bu zaman toyuq real çəkisindən 300-500 qram artıq çəkidə olur.

Sahibkar bu əməllərə yol verməklə qanunu kobud şəkildə pozub. Belə toyuqların insan sağlamlığına təsiri nədən ibarətdir? Həmin iynələrin tərkibində hansı maddələr var? Ən əsası bu cür işbazlara qarşı necə mübarizə aparmaq lazımdır?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, toyuq sexlərində belə problemlər əvəllər də yaşanıb. Ekspert bildirib ki, 2017-ci ildən Ukraynadan ölkəmizə "Qualiko" toyuqları gətirilir. Daha sonra həmin toyuqların üzərinə yalançı "Halal" nişanı vurulub satışa çıxarılır:

"Əvvəl elə bildik ki, toyuqları həmin ölkədə şişirdirlər. Sonradan isə düşmənlərin içimizdə olduğu müəyyən edildi. Necə deyərlər, sapı özümüzdəndir. Hələ 2017-ci ildə ciddi mübarizə tədbirləri həyata keçirdik. Əhalini bu cür toyuqları almamağa çağırdıq. Çünki "Halal" adı ilə təqdim olunan toyuqların tərkibində 40 faiz naməlum maddə var. Yəni belə toyuqlara üstünlük verənlərin sağlamlığı təhdid altındadır".

E.Hüseynov istehlakçıları diqqətli olmağa, səhhətlərinə etinasız yanaşmamağa çağırdı:

"Dondurulmuş heç bir ərzağı, o cümlədən toyuğu almaq lazım deyil. Çünki don açılandan sonra onların tərkibindəki çirk yayılır. İnsanlara dondurulmamış toyuqları almağı məsləhət görərdim. Bu zaman isə Nazirlər Kabinetinin 94 saylı qərarının gözlənilməsinə fikir vermək lazımdır. Bələ ki, həmin qərarə əsasən toyuqlar etiketlənməli, qablaşdırılmalır. İkinci bir tərəfdən, kiçik həcmli toyuqları almaq təhlükəlidir. Bir çox hallarda onlar kütləvi surətdə qırılan toyuqlar olur və restoranlara, dönərxanalara satılır".

Ekspertin fikrincə, bu hallarla mübarizə aparmağın yeganə yolu müvafiq qurumların öz işinə məsuliyyətlə yanaşmasıdır:

"Bəzi biznes qurumları artıq öz arzularını, "qanun"larını hökumətə diktə etməyə başlayıblar. Buna yol vermək olmaz. Nə qədər ki, istehlakçı hüquqlarını qoruyan təşkilatın varlığı ilə yoxluğu arasında fərq bilinmir, belə hallar davam edəcək. Əvvəl bu qurum öz işinə ciddi yanaşmalıdır. Sonra isə bu əməli törədənlər üçün konkret məsuliyyət nəzərdə tutulmalıdır".

Pravda.az