USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sədərək Ticarət Mərkəzinin rəhbəri koronavirusa yoluxdu - VİDEO

10.07.2020 İqtisadiyyat
0 0
“Məni heç bir səbəb olmadan evimə həbs ediblər”.

Bu sözləri Sədərək Ticarət Mərkəzinin icraçı direktoru Vaqif Hüseynli bildirib.

Onu evə həbs etdirən isə nə məhkəmə, nə də polis idarəsidir. Bəs kimdir? İnanmayacaqsınız, Leyla Şıxlinskaya Klinikası.

İcraçı direktorun sözlərinə görə, özü öz xoşuyla Leyla Şıxlinskaya klinikasına koronavirus testi üçün müraciət edib. Yoxlamalar nəticəsində klinika ona koronavirus yoluxucusu diaqnozu qoyub. Diaqnoza inanmayan icraçı direktor Referans adlı klinikaya yollanıb. Dediyinə görə, ölkənin ən dəqiq diaqnostika mərkəzi sayılan Referans klinikada verdiyi analizlər isə neqativ çıxıb.

Di gəl ki, Operativ Qərargahda Leyla Şıxlinskaya klinikasının diaqnozu əsas götürülərək Vaqif Hüseynlinin evdən çıxmasına izn verilmir. Beləcə, iş yerinə gedə bilməyən icraçı direktorun bütün iş fəaliyyəti alt-üst olub. Bunun Ticarət Mərkəzinə qarşı təxribat ola biləcəyindən şübhələnən şikayətçi əlaqədar qurumlara səsli mesaj göndərib./Ovqat

  • Əvvəlki

    Qərar verildi: Bu şəxslər də 190 manat alacaq

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0