USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Sumqayıt Texnologiyalar Parkı”nın baş direktoru istefa verib

10.07.2020 İqtisadiyyat
0 0
“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) baş direktoru Emin Məmmədov tutduğu vəzifədən istefa verib.

Bu barədə qurumdakı mənbə bildirib.

Məlumata görə, onun vəzifəsindən azad edilməsi bağlı ərizəsi artıq təsdiqlənib və iyulun 15-dən sonra işini tərk edəcək. E.Məmmədovun yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, o, müxtəlif illərdə Böyük Britaniyanın HSBC bankında, Avropa Yenidənqurma və İnkişaf Bankında, eləcə də "Express Bank" ASC-də çalışıb.

STP 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 225,9 milyon manatdır. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin rezidentidir və ötən ilin noyabr ayından "PAŞA Holdinq" MMC-nin nəzarətinə keçib.

report

  • Əvvəlki

    Çingiz Qənizadənin oğlu prokuror müavini təyin edildi

Digər xəbərlər