USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda qadın “Al Market”dən “Badamlı” suyu aldı, dezinfeksiya məhlulu çıxdı - ŞOK

03.09.2020 İqtisadiyyat
0 0
“Al Market” mağazalar şəbəkəsinin “Əhmədli” filialından qazsız “Badamlı” suyu aldım. Evə gəlib içdim, gördüm, su deyil, spirt kimi sərt dadı var. Ağzım, boğazım, mədəm yandırdı, qonşular su verdilər. Sonra mağazaya qayıtdım, dedilər, yanlışlıq olub, şirkət dezinfeksiya məhlulu göndərib. Doğrusu, elə də ciddiyə almadılar. Evə gəldim, özümü pis hidd elədim, nəfəs darlığı yarandı. Dərhal təcili tibbi yardım və polis çağırdıq”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu şikayətçi Nərmin Adil deyib.

O, Respublika Toksikologiya Mərkəzinə yerləşdirildiyini bildirib: "Vəziyyətim ağırdır, ölümlə üz-üzəyəm, qanımda metil spirti aşkarlanıb. Bunlara görə 8 aylıq südəmər körpəmi ağlaya-ağlaya buraxıb xəstəxanada yatıram. "Al Market" isə məsələyə heç bir reaksiya verməyib".

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, şikayət qeydə alınaraq icra olunması üçün dərhal aidiyyəti üzrə yönləndiriləcək.

Yazıda adı keçən şirkətlərin mövqeyini dərc etməyə hazırıq.

Pravda