USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu tarixdə iri ticarət mərkəzləri açıla bilər - AÇIQLAMA

07.09.2020 İqtisadiyyat
0 0
Azərbaycanda koronavirusa görə tətbiq olunan karantin rejimində mərhələli şəkildə yumşalmalarla bağlı Operativ Qərargah tərəfindən qərarlar verilməkdədir. Sonuncu qərara əsasən sentyabrın 8-dən kafe və restoranlar əvvəlki qaydada fəaliyyət göstərəcəklər. Bundan əlavə şəxsi avtomobillə rayonlara gediş-gəliş bərpa olunub. Növbəti yumşalmada iri ticarət mərkəzləri, “Mallar”ı açıla bilərmi?

Bununla bağlı danışan deputat Ramil Həsən bildirib ki, cənab İlham Əliyevin verdiyi operativ və xüsusi təlimatlar nəticəsində koronavirusla bağlı əldə etdiyi müsbət nəticəyə görə Azərbaycan ilkin yerləri tutmaqdadır:

"Əlbəttə ki, sevindirici haldır ki, həyata keçirilən qabaqlayıcı tədbirlər nəticə etibarı ilə müəyyən təsirləri göstərməkdədir. Bu müsbət nəticələri nəzərə alan Operativ Qərargah karantin rejimində müəyyən hissə-hissə yumşalmalara getməkdədir. Koronavirusun dünyadan silinmədiyi müddət çərçivəsində yavaş-yavaş normal həyatımıza qayıdılması üçün müəyyən addımlar atılmaqdadır. Ən doğru atılan addımlar ondan ibarətdir ki, proseslər tədricən, hissə-hissə baş verməkdədir. Bunda da əsas məqsəd insanlarımızın alışması, ciddi təhlükə ilə üz-üzə qalmamasıdır. Əvvəl 5 nəfərin açıq havada gəzməsinə icazə verilirdisə, artıq bu rəqəm 10-a qaldırılıb. Kafe və restoranlar da əvvəlki qaydada işləyəcəklər. Bütün bu atılan addımlar vətəndaşlarımızın təhlükəsizliyini həyata keçirmək üçündür. Vətəndaşlarımız nə qədər çox məsuliyyətli olarsa, bu iri ticarət mərkəzlərinin, idman salonlarının və digər qapalı yerlərdə fəaliyyət göstərən müəssisələrin tez açılmasına gətirib çıxara bilər. Bu müəssisələrin fəaliyyətə başlaması tək Operativ Qərargahdan asılı deyil. Həm də vətəndaşlarımızın qoyulan qaydalara və verilən tövsiyələrə əməl etməsindən asılıdır".

Ramil Həsən fikrini belə tamamlayıb:

"Dəyərli vətəndaşlarımıza deputat kimi məsləhətim odur ki, qoyulan qaydalara bundan sonra da əməl etsinlər ki, müsbət tendensiya davam etsin. Ölüm halları ümumiyyətlə olmasın, yoluxanların sayı azalsın, sağalanlar isə çoxalsın. Belə olan halda da iri ticarət mərkəzləri, "Mallar" və digər qapalı məkanlarda fəaliyyət göstərən müəssisələr fəaliyyətə başlaya bilər".

KONKRET

  • Əvvəlki

    Prezident İlham Əliyev Bakıda orta məktəbin yeni korpusunun açılışında iştirak etdi - FOTOLAR

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0