USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 35 milyon manatlıq şirkət yaradıldı

02.03.2021 İqtisadiyyat
0 0
Azərbaycanda ilkin kapitalı 35 milyon 350 manat olan "Füzuli Airport” MMC yaradılıb.

"Kommersant.az" "Vergilər" qəzetinə istinadən xəbər verir ki, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mərdəkan prospekti, ev 21-dir.

Şirkət 28 yanvar 2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi hələ müəyyənləşməyib.

Şirkət böyük ehtimalla işğaldan azad olunmuş Fizuli rayonunda tikilən hava limanının hüquqi rezidenti olacaq.