USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Baku Electronics" istehlakçıların hüquqlarının pozub - MƏHKƏMƏ

04.03.2021 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Baku Electronics" MMC barədə inzibati protokol tərtib edilib.

İstehlakçıların hüquqlarının pozulmasına görə yazılan protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.7-ci maddəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına görə hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, "Baku Electronics" elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biridir. Hazırda ölkə üzrə 24 mağazası fəaliyyət göstərir və 60-dan çox firmanın rəsmi distributorudur.

//Report