USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Mazda" 640 min avtomobili geri çağırdı

08.11.2018 İqtisadiyyat
0 0
"Mazda", dünya üzrə 640 min avtomobili geri çağırır.

"Kommersant.az" xəbər verir ki, şirkətin bu gün yadığı məlumatda bildirilir ki, avtomobillərin geri çağırılma səbəbi mühərrik və əyləc sistemində yaranmış problemdir. Məşhur avtokonsern, beləliklə Yaponiyadan 230 min, digər ölkələrdən isə 410 minə yaxın avtomobili geri çağıracaq. Siyahıya "CX-5" də olmaqla daha 4 model daxildir.

"Mazda"dan verilən məlumata görə, indiyədək mühərrik və əyləc sistemində yaranmış problemə görə heç bir yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.