USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Netflix" Hindistanda serial çəkir

08.11.2018 İqtisadiyyat
0 0
"Netflix", Asiya ölkələrində 17 serial çəkəcək.

"Kommersant.az" xəbər verir ki, striminq xidmətləri göstərən şirkət Hindistanda 100 milyona yaxın abunəçisinin olacağına inanır.

Qeyd edək ki, "Netflix"in gəlirləri əsasən ABŞ və dünya üzrə abunəçiləri hesabına formalaşır. Şirkət bu il kontent istehsalına 8 milyard dollar ayırıb və həmin məbləğin artıq 6,9 milyard dollarını geri qaytarmağa nail olub.

Xatırladaq ki, "Netflix" şirkəti 1997-ci ildə yaradılıb. 2013-cü ildən etibarən film, serial və verilişlər nümayiş etdirir. Onun 130 milyon nəfərlik abunəçisi var ki, onlardan yarısı ABŞ vətəndaşlarıdır. Xidmətin fəaliyyəti 190 ölkəni əhatə edir.