USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ata Bank" və "AG Bank"ın lombard davası - NƏTİCƏ, QALİB

15.10.2018 Bank
0 0
Bu gün “Bankların Dueli” yarışmasının rəqibləri “Ata Bank” və “AG Bank”dır. Hər iki bankın lombard krediti üzrə şərtlərini araşdırdıq. Nəticədə isə hər gün olduğu kimi bir bank günün ən sərfəli lombar krediti təklif edən bank olaraq qalib seçilir.

"Kommersant.az" xəbər verir ki, 300 manatdan 10 min manatadək lombard krediti təklif edən "Ata Bank" sözügedən krediti maksimum 36 ayadək rəsmiləşdirir. İllik faiz dərəcəsinin müddətə görə dəyişdiyini nəzərə alaraq, sözügedən bankda faktiki illik faiz dərəcəsi (FİFD) minimum 23,95% təşkil etdiyini görürük. Belə ki, bankda 12 aya qədər olan lombard kreditləri üçün illik 22%, 12 aydan 24 ayadək kreditlər üçün illik 24%, 24 aydan 36 ayadək kreditlər üçün isə illik 26% illik faiz dərəcəsi tətbiq olunur. Sözügedən krediti əldə etmək üçün bank yaş həddi də tətbiq edir. Belə ki, "Ata Bank" lombard kreditini 20 yaşdan 63 yaşadək olan şəxslərə verir. Rəqibi "AG Bank" isə ümumiyyətlə lombard krediti ilə yanaşı bir çox kreditlərin verilməsini dayandırdığı üçün günün məğlub bankı hesab olunur. Bunu nəzərə alaraq "Ata Bank" günün ən sərfəli lombard krediti təklif edən bankı seçilir.

Xatırladaq ki, duelə çıxan banklar püşkatma yolu ilə müəyyənləşir.

Ata Bank

Şərtlər

AG Bank

300 – 10.000 Manat

Kreditin Məbləği

-

Manat

Valyuta

-

36 ayadək

Kreditin Müddəti

-

22% - 26%

İllik Faiz Dərəcəsi

-

-

Qiymətləndirmə Haqqı

-

1%

Komissiya Haqqı

-

1%

Nağdlaşdırma Haqqı

-