USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstanbulda qar həyatı iflic etdi

07.01.2019 İqtisadiyyat
0 0
İstanbulda yağan güclü qar həyatı iflic edib.

"Kommersant.az" "CNN Türk"ə istinadən xəbər verir ki, güclü qar səbəbindən bir sıra daxili və beynəlxalq aviareyslər təxirə salınıb.

Məlumata görə, İstanbulun Atatürk aeroportundan Sinop, Antalya, Qaziantep, Saloniki, Kişinyov, Xarkov, Odessa, Belqrad, Sofiya, Malta istiqamətində olan reyslər ləğv edilib.

Bundan başqa, bir çox məktəblər tətilə buraxılıb, yollarda nəqliyyatın hərəkəti iflic olub.