USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah Bakıda duman olacaq

24.01.2019 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə yanvar ayının 25 - ə olan hava şəraiti açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 25-dəhavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gecə və səhər arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-5, gündüz 8-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında

Yanvarın 25-də hava əsasən yağmursuz keçəcək, lakin səhər bəzi qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti,dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

  • Əvvəlki

    Biznes kreditini Unibankdan al, faizlərin 10%-dək hissəsini İpoteka və Kredit Zəmanət Fondu ödəsin

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0