Sabaha olan hava proqnozu

23.05.2018 Ekologiya
Növbəti iki gün ərzində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, havanın temperaturu bölgələrdə 30-35, dağlıq ərazilərdə 16-21, Bakıda və Abşeron yarımadasında 28-33 dərəcə isti təşkil edəcək: "Növbəti iki gündə hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir".

Mütəxəssis qeyd edib ki, növbəti günlərdə mülayim şərq küləklərinin üstünlüyü müşahidə olunacaq.

  • Əvvəlki

    ABŞ dolları və avronun məzənnəsi bərabərləşə bilər - ANALİTİKA

Digər xəbərlər