USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Astarada sitrus bağları quruyur - Meyvələr bahalaşa bilər

06.07.2019 İqtisadiyyat
0 0
Astarada dəyişkən hava şəraiti meyvə ağaclarını yararsız hala salıb.

"Kommersant.az" Oxu.Az-a istinadən xəbər verir ki, rayonda sakinlərin əsas gəlir yerlərindən sayılan sitrus bağlarında ağacların quruması müşahidə olunur.

Əvvəlcə ağacların yarpaqları, sonra meyvələr quruyaraq yerə tökülür. Təsərrüfatçılar bildirir ki, ağac çiçək açan vaxt, yəni tozlanma dövründə havaların əlverişsiz keçməsi, yağışlar, ardınca temperaturun qısa müddətdə yüksəlməsi ağacların qurumasına gətirib çıxarıb.

Təsərrüfatlarda, əsasən, naringi, kinkan ağacları zərər görüb.

Bu prosesin qarşısını almaq üçün görülən tədbirlər hələ də nəticə vermir.

Məhsuldarlığın aşağı düşməsinin meyvələrin mövsümü vaxtı belə, qiymətə təsir edəcəyi istisna olunmur.

  • Əvvəlki

    Dünyanın ən varlı adamından boşandı - 38 milyard dollar qazandı

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0