USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda sel təhlükəsi olan ərazilər - AÇIQLANDI

12.07.2019 İqtisadiyyat
0 0
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akad. H.Əliyev adına Coğrafiya İnstitutunun "Tufandağ ekogeomorfoloji dəstəsi"nin əməkdaşları Böyük Qafqazın cənub yamacında çöl tədqiqatları aparıblar.

"Kommersant.az" xəbər verir ki, AMEA-dan Trend-ə verilən məlumata görə, baza Qəbələ rayonu Tüntül kəndi olmaqla, üç əsas və bir vizual istiqamətdə tədqiqat marşrutları seçilib.

Mütəxəssislər ekspedisiya müddətində relyefə antropogen təsirin artması ilə əlaqədar təbii tarazlığın pozulması, nəticə etibarı ilə ekzogen proseslərin sürətlənməsi, relyefin müxtəlif dərəcəli dəyişikliklərə məruz qalması kimi halları müşahidə ediblər.

Bundan əlavə, araşdırmalar zamanı yay otlaq sahələrinin sürətli deqradasiyası, buzlaqların aşağı sərhədlərinin geri çəkilməsi ilə əlaqədar yeni sel ocaqlarının açılması və sayının artması, əvvəlkilərin isə xeyli genişlənməsi müəyyən olunub.

  • Əvvəlki

    Azərbaycanlı oliqarx 14.6 milyard pulu yola yox, depozitə yatırıb?

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0