USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Havanın temperaturu iqlim normasından aşağı olub

26.05.2020 İqtisadiyyat
0 0
Mayın 26-sı səhərədək olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Ağstafada 10 mm, Şərurda 5 mm, Gədəbəydə 4 mm, Balakən, Ceyrançöl, Tovuzda 2 mm, Şahbuz, Ordubad, Ağdərə (Ordubad), Naxçıvan, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Zaqatala, Qusar, Mingəçevir, Yevlax, Kürdəmir, Kişçay (Şəki), Xınalıqda 1 mm olub.

Qərb küləyi Naftalanda 26 m/s, Gəncədə 24 m/s, Bərdə, Xınalıqda 20 m/s, Mingəçevirdə 18 m/s, Naxçıvanda 16 m/s, Şəmkirdə 15 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda 16 m/s-dək olub.

Havanın temperaturu iqlim normasından 1,5 dərəcə aşağı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 19-22, aran rayonlarında 20-26, dağlıq rayonlarda 8-13, Naxçıvan MR-da 20-23 dərəcə isti təşkil edib.

Qeyd edək ki, mayın 26-sı gündüz və mayın 27-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək.

  • Əvvəlki

    Bakıda karantin rejimi yenidən sərtləşdirilir? - AÇIQLAMA

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0