Axşamın - HAVA PROQNOZU

01.11.2018 Ekologiya
Noyabr 1-i axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

"Kommersant.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında noyabr 1-i axşam saatlarında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 12-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Noyabr 1-i axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 14-16, dağlarda 5-7 dərəcə isti təşkil edəcək.