USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tullantıların idarə edilməsi təkmilləşdiriləcək

01.11.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Prezidenti, “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

"Kommersant.az" Azərtaca istinadla Sərəncamın tam mətnini təqdim edir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya" təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 noyabr 2018-ci il.

  • Əvvəlki

    Neftin qiymətindəki azalma davam edəcəkmi? - EKSPERT ŞƏRHİ

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0