Vəzifəli şəxs 4000 manat cərimələndi

08.11.2018 Ekologiya
Neft Emalı Zavodu ilə bağlı sənədlər məhkəməyə göndəriləcək.

"Kommersant.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, dünən Nazirliyə Neft Emalı Zavodundan havaya atılmalarla bağlı daxil olan məlumat əsasında ətraf ərazidən götürülən nümunələrin üzərində aparılan analizlərin nəticələri məlum olub. Nəticələrə görə qaz birləşmələrinin sanitar normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı Neft Emalı Zavodunun hüquqi şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün sənədlər məhkəməyə göndəriləcək. Zavodun 3 saylı istehsalat sahəsinin31 nömrəli Katalitik Riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə zərərli atılmalara görə isə cavabdeh olan sahə rəisi Fərhad Fiqarov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 4000 manat məbləğində cərimə olunub.

Baş vermiş qəzanın səbəblərinin araşdırılması, gələcəkdə belə hallara yol verilməməsi, eləcə də texnoloji prosesin pozulmasında təqsirli olan digər şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilmələri üçün Neft Emalı Zavoduna icrası məcburi olan“məcburi göstəriş” verilib.

  • Əvvəlki

    Daha bir süpürgəçini avtobus vuraraq öldürdü

Digər xəbərlər

20.05.2019 Ekologiya
Sabah yağış yağacaq
0 0
18.05.2019 Ekologiya
Sabah duman olacaq
0 0
09.05.2019 Ekologiya
Sabaha olan hava proqnozu
0 0
08.05.2019 Ekologiya
Sabah hava necə olacaq?
0 0
06.05.2019 Ekologiya
Bakıda 27 dərəcə isti olacaq
0 0
VTB