Rusiya sahibkarlarının Azərbaycana işgüzar missiyası başlayıb

29.08.2019 İqtisadiyyat
"Rusiya sahibkarlarının Azərbaycana işgüzar missiyası başlayıb”.

Rusiya Federasiyasının Kirov, Kostroma, Saratov, Ryazan, Vladimir, Moskva, Bryansk bölgələrindən 30-dan çox şirkət səfər zamanı öz potensiallarını təqdim edəcək.

İşgüzar missiya Kiçik və Orta İxracatçılar Birliyi və Rusiya İxrac Mərkəzi tərəfindən təşkil olunur.

Rusiya sahibkarlarının Azərbaycana işgüzar missiyası pilot layihə olduğu qeyd edilir, vurğulanır ki, iş missiyasının yeni formatı, tədbirin maksimum səmərəliliyini təmin etmək üçün bölgələrin ən yaxşı təcrübələrini Rusiya İxrac Mərkəzinin imkanları ilə birləşdirmək üçün hazırlanıb.

Xatırladaq ki, 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20% artaraq 2,55 milyard dollardan çox olub. Artım tendensiyası bu il də davam edib. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 700-ə yaxın Rusiya kapitalı müəssisənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İndiyədək Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 4,4 mlrd dollar investisiya qoyub. Azərbaycanın Rusiyaya yatırdığı investisiyaların həcmi 1,2 mlrd dollardan çoxdur. (Report.az)