USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu stansiyasının baş yolları əsaslı təmir olunur

23.05.2018 İnşaat və Əmlak
1 0
Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Kommersant.Az"a verilən məlumata görə, bu gündən etibarən Dəllər stansıyasının 2,2 km uzunluğunda baş yollarının əsaslı təmirinə başlanılıb. Təmir işləri 3 gün davam edəcək.

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədi ilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 522 km dəmir yolu əsaslı təmir olunub.

  • Əvvəlki

    Balıq idxalı 19,3% azalıb

Digər xəbərlər