USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərazilərimizin bərpasından sonra yollarımız daha 2 min km artacaq - Rəşad Nəbiyev

26.04.2021 İqtisadiyyat
0 0
“Azərbaycanda ümumi uzunluğu 19 min kilometrdən artıq olan avtomobil yollarının 4,7 min km-dən çoxu respublika əhəmiyyətlidir”.

"Kommersant.az" xəbər verir ki, bu sözləri Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, İqtisadiyyat və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq daşımalarda iştirak edən yerli şirkətlərlə görüşündə səsləndirib.


Son dövrlərdə ölkənin nəqliyyat-tranzit infrastrukturunun inkişafı sahəsində görülən işlər, beynəlxalq yükdaşımalar istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizin bərpasından sonra bu yollara daha 2 min km əlavə edilmiş olacaq.

Onun sözlərinə görə, azad edilmiş torpaqlar və Naxçıvan vasitəsilə açılacaq yeni beynəlxalq tranzit marşrutları nəqliyyat-logistika sektorunda iştirakçılar üçün imkanları daha da genişləndirəcək.

Rəşad Nəbiyev milli avtomobil daşıyıcıların təkcə yerli bazarda deyil, regionda daha rəqabətqabiliyyətli olması üçün zəruri addımlardan bəhs edib.

Yerli şirkətləri qlobal şəbəkənin bir hissəsinə çevrilməyə, ona inteqrasiya etmək üçün səylərini artırmağa çağıran RşNəbiyev vurğulayıb ki, innovativ, təhlükəsiz və etibarlı xidmət göstərən yerli şirkətlər beynəlxalq tərəfdaşlıq çərçivəsində regional bazarda mövqelərini möhkəmləndirə bilərlər.

Görüş iştirakçıları avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar sahəsində təkliflər səsləndirib, mövzuya dair müzakirələr aparılıb, şirkətlərin nümayəndələrinin sualları cavablandırılıb.