USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniya İsrailə silah satışını dayandırdı

10.05.2024 İqtisadiyyat
0 0
Almaniyanın müdafiə naziri Boris Pistorius, ABŞ prezidenti Co Baydenin “İsrail geniş miqyaslı hücumla Rəfaha girəcəyi təqdirdə bu ölkəyə silah göndərməyi dayandıracaq” açıqlamasından sonra Almaniya hökumətinin də bu mövzuda məsləhətləşdiyini bildirib.

Səfər çərçivəsində ABŞ-da olan Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın ictimai yayımı ZDF-də iştirak etdiyi proqramda, “ABŞ prezidenti Co Bayden Rəfahın işğalını yanlış hesab etdiyi üçün İsrailə sursat vermək istəmir" sualına belə cavab verib:

"Hazırda bununla bağlı məsləhətləşmələr gedir. Hələlik buna cavab verə bilmərəm".

Pistorius öz bəyanatından istifadə edərək bildirib ki, bu məsələdə məsuliyyət ilk növbədə Almaniya kansleri və Xarici İşlər Nazirliyinin üzərinə düşür.

Pistorius, "Əlbəttə, bağlı qapılar arxasında fikir mübadiləsi apardıq. Amma qərarları açıqlamaq mənim vəzifəm deyil" dedi.

ABŞ prezidenti Bayden CNN telekanalına müsahibəsində deyib ki, İsrail irimiqyaslı hücumla Rəfaha daxil olarsa, ona silah göndərməyi dayandıracaq:

“Əgər onlar Rəfaha daxil olsalar, Rəfahda və digər şəhərlərdə istifadə olunan silahları göndərməyəcəyimi açıqladım”.

İsrailin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəsi Gilad Erdan İsrailin Kanal 12 xəbər kanalına verdiyi açıqlamada Baydenin açıqlamasının "məyusedici" olduğunu bildirib.

  • Əvvəlki

    Niyə AstraZeneca Covid peyvəndini bazardan geri çəkdi?

Digər xəbərlər

20.05.2024 İqtisadiyyat
Brent markalı neft bahalaşıb
0 0
20.05.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
17.05.2024 İqtisadiyyat
Şengen böhranı böyüyür
0 0
17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0
16.05.2024 İqtisadiyyat
Çinin qlobal ticarətə təsiri
0 0