USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Fitch” Qətərin OPEC-dən çıxmasını şərh edib

03.12.2018 İqtisadiyyat
0 0
Qətərin Neft İxrac Edən Ölkələr Birliyini (OPEC) tərk etməsi bu təşkilatın dekabrın 6-da Vyanada (Avstriya) keçirilməsi nəzərdə tutulan iclası zamanı hasilatın həcmi ilə bağlı qərarın qəbulunu çətinləşdirə bilər.

"Kommersant.az" bildirir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyinin korporasiyalar şöbəsinin rəhbəri Dmitri Marinçenko bildirib.

"Görüşdə razılığa gəlmək daha çətin olacaq, amma OPEC üzrə hasilatda heç 2% payı olmayan Qətərin təşkilatda üzvlüyünü dayandırması həcm baxımından elə də xatalı deyil", – deyə ekspert qeyd edib.

Bununla belə "Fitch" rəsmisi Rusiya və Səudiyyə Ərəbistanının OPEC+ mexanizmini qoruyub saxlayacağını, həmin format üçün hansısa təhlükənin ağlabatan olmadığını vurğulayıb.

"Biz əvvəlki kimi OPEC-in hazırkı səviyyəyə nisbətən hasilatı bir qədər azaltmaq qərarını verəcəyini düşünürük. Bu, bazardakı mövcud kəsiri azaltmaq, qiymətləri sabitləşdirmək imkanı yaradacaq", – deyə D.Marinçenko əlavə edib.

Qeyd edək ki, 57 ildir OPEC üzvü olan Qətər 2019-cu il yanvarın 1-dən təşkilatı tərk edir.

  • Əvvəlki

    Baş nazir aparat rəhbərini işdən çıxardı

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0