USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“İran gərginliyi” neft birjalarını çalxaladı - Qiymətlər artır

09.04.2019 İqtisadiyyat
0 0
Bu gün neft birjalarında yenidən həyəcan başlayıb. Artıq “Brent” markalı neft Bakı vaxtilə saat 15:50-də 71 dollara satılıb. Azərbaycan neftinin dünənki satış qiymətinin 73 dollar olduğunu nəzərə alsaq, bu gün daha baha qiymətə dünya bazarına çıxacaq. Bəs neftin bahalaşması nə qədər uzunmüddətlidir?

"Kommersant.az" xəbər verir ki, neftin budəfəki bahalaşmasında Liviya və İran ətrafındakı gərginlik əsas yer tutur.

Belə ki, Liviyada baş verən hadisələr azmış kimi, dünən axşam "İran İslam Keşikçiləri" hərəkatı terror təşkilatı elan edilib.

Neft satıcıları arasında bu təşkilatın üzvləri olanlar da var, buna görə də bazarda yeni situasiya yaranıb. Üstəlik, İran da sakit durmayaraq, ABŞ ordusunu terrorçu elan edib və beləliklə, münasibətlərin gərginləşməsi "qara qızıl"ın dəyərini artırıb.

Neft sahəsində tanınmış ekspert İlham Şabanın sözlərinə görə, dünyadakı belə münaqişəli hadisələr neftin qiymətinə siyasi təsirlər göstərir və ona görə də bahalaşmağa başlayır, yəni hazırda dinamika neftə tələbatın artması ilə bağlı deyil.

Ona görə də bahalaşma bu gərginliyin ömrü qədərdir və uzunmüddətli olmayacaq.

Yay aylarında neftin bahalaşması tendensiyası izləndiyindən qiymətlərin belə yüksək olaraq qalmasına gəlincə, İ.Şaban bildirib ki, bu, iqlim amillərindən asılıdır:

"Əgər temperatur çox yüksək olarsa, bu zaman neftə tələbat artır və bu, təbii ki, qiymətlərin yüksəlməsinə səbəb olur. Ancaq qiymətlərin düşəcəyini gözləyirəm, 80 dolları keçəcəyini isə ehtimal etmirəm".

Oxu.az

  • Əvvəlki

    Əmək Müfəttişliyi 131 şirkəti cəzalandırıb

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0