USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elektrik enerjisi ilə bağlı - YENİ QƏRAR

20.04.2019 İqtisadiyyat
0 0
Baş nazir Novruz Məmmədov "Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında dəyişiklik edib.

"Posta.az" xəbər verir ki, qərara aşağıdakı dəyişiklik olunub.

1-ci hissədə "24 (iyirmi dörd)" rəqəmləri və sözləri "20 (iyirmi)" rəqəmləri və sözü ilə əvəz edilib.

2. 2-ci hissədə "12 (on iki)" rəqəmləri və sözləri "10 (on)" rəqəmləri və sözü ilə əvəz edilib.

3. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği"nin adında "24 (iyirmi dörd)" rəqəmləri və sözləri "20 (iyirmi)" rəqəmləri və sözü ilə əvəz edilib.

4. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə onların istəyinə uyğun olaraq 12 (on iki) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği"nin adında "12 (on iki)" rəqəmləri və sözləri "10 (on)" rəqəmləri və sözü ilə əvəz edilib.

  • Əvvəlki

    "AtaSığorta"nın balans mənfəəti 160 min manatı ötdü - HESABAT

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0