USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR Gürcüstanda 160 mln. litrdən çox neft məhsulları satmağı planlaşdırır

30.04.2019 İqtisadiyyat
0 0
2019-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda SOCAR brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində (YDM) 160 mln. litrdən çox neft məhsulları satışını planlaşdırır.

"Kommersant.az" xəbər verir ki, bu barədə "Report"a SOCAR-ın Gürcüstandakı törəməsi - "SOCAR Energy Georgia" şirkətindən məlumat verilib.

Məlumata görə, hazırda Gürcüstanda SOCAR brendi altında 113 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir: "Şirkətin pərakəndə bazar payı təxminən 16%-dir. Şirkət 2018-ci ildə YDM-lər vasitəsilə 147 mln. litrdən çox məhsul realizə edib.

SOCAR Gürcüstanda elektrik avtomobillərin yüklənməsini (charging) mümkün edən ilk brenddir. Hazırda ölkə ərazisinin 6 bölgəsində belə yüklənmə məntəqələri mövcuddur".

Qeyd edək ki, SOCAR-ın Gürcüstanda fəaliyyəti "SOCAR Energy Georgia" şirkəti vasitəsilə həyata keçirilir. "SOCAR Energy Georgia" 2006-cı ildə yaradılıb. Gürcüstan bazarında Azərbaycan və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını şirkətin törəməsi "SOCAR Georgia Petroleum" həyata keçirir.

  • Əvvəlki

    Mərkəzi Bank niyə zərər etdi? - SƏBƏB

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0