USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR açıqladı: Gürcüstana 493 mln. kubmetr təbii qaz ixrac edilib

30.04.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-fevral aylarında "SOCAR Georgia Gas" vasitəsilə Gürcüstana 493 mln. kubmetr təbii qaz idxal edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə "Report"a SOCAR-ın Gürcüstandakı törəməsi - "SOCAR Energy Georgia" şirkətindən məlumat verilib.

Məlumata görə, ötən ildə "SOCAR Energy Georgia" şirkəti 650 mindən çox qaz abunəçisi və yanacaqdoldurma məntəqələri vasitəsi ilə on minlərlə müştəriyə yüksək səviyyəli xidmət göstərib.

Qeyd edək ki, SOCAR "SOCAR Georgia Gas" şirkəti vasitəsilə Gürcüstanın qazpaylayıcı şəbəkələrini idarə edir. "SOCAR Georgia Gas" şirkəti 2007-ci ildə yaradılıb. SOCAR Azərbaycanda birbaşa öz imkanları ilə hasil etdiyi bütün təbii qaz həcmlərini əsasən ölkənin daxili tələbatına yönləndirir. Gürcüstan bazarına ixrac edilən təbii qaz isə əsasən üçüncü tərəflərdən əldə edilir. SOCAR bu qazı Qazıməmməd-Qazax kəməri ilə nəql edir.

  • Əvvəlki

    “Günay Bank” bu ilə mənfəətlə başladı - HESABAT

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0