USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Benzinin qiyməti 2,5 dəfə artırılır - İranda

01.05.2019 İqtisadiyyat
0 0
İranda benzinin qiyməti 2,5 dəfə artırılır.

İranda benzinin qiyməti sabahdan hər litr üçün 1000 tüməndən (təqribən 0,08 dollar) 2500 tümənə (təqribən 0,20 dollar) qaldırılacaq.

Bildirilir ki, qiymət artımından sonra İranda hər avtomobilə ayda 60 litr subsidiyalı (1 litr – 1000 tümən) benzin veriləcək.

Qeyd edək ki, İranda əsas məhsulların qiyməti benzinin qiymətindən aslılıdır. Benzinin bahalaşması ilə son aylarda yüksələn qiymətlər daha da qalxacaq.

İran Milli Neft emalı şirkətinin proqnozuna əsasən, ölkədə bu il benzinin istehlak həcmi 10.2% artaraq, gündə 97 milyon litrə çatacaq.

Xatırladaq ki, İranın bəzi xəbər agentlikləri qiymət artımının sabahdan deyil, gələn həftənin ilk günündən tətbiq olunacağı barədə xəbər yayıb.

ONA.az

  • Əvvəlki

    "Nefti siyasi vasitə kimi istifadə edənlər OPEC-in çöküşünə zəmin yaradır"

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0