Neft qiymətləri düşür - Səbəb ABŞ-dır

02.05.2019 Energetika
ABŞ-ın neftbazalarda kommersiya (satış) məqsədli xam neft ehtiyatları ötən həftə bir əvvəlki həftəyə nisbətən 9,9 milyon barel artıb.

"Kommersant.az" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının ötən həftə 9,9 milyon barrel (2,2 faiz) artaraq 470,6 milyon barrelə yüksəldiyini açıqlayıb. Xam neft ehtiyatları ötən həftə 5,5 milyon barel artım qeyd etmişdi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 500 min barel azalaraq 648,6 milyon barel olub.

ABŞ-ın benzin ehtiyatları ötən həftə 900 min barel (0,4 faiz) artımla 226,7 milyon barelə yüksəlib. Benzin ehtiyatları əvvəlki həftə 2,1 milyon barel azalmışdı.

ABŞ-ın xam neft idxalı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 265 min barel artımla 7,41 milyon barelə qalxıb, ixracı isə gündəlik orta hesabla 70 min barrel azalaraq 2,61 milyon barelə düşüb.

Ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 100 min barel artım göstərib. İstehsal ölkənin Alyaska ştatında dəyişməyib, digər ştatlarda isə cəmi 100 min barel artıb.

Beləliklə, 20-26 Aprel həftəsində ABŞ-ın xam neft istehsalı təxminən gündəlik orta hesabla 12,3 milyon barrel səviyyəsində olub.

Məlumat açıqlandıqdan sonra neft qiymətləri düşməyə başlayıb. Bakı vaxtı ilə saat 10:35-ə olan məlumata görə, Brent nefti 0,5% ucuzlaşma ilə 71,80 dollardan alıcı tapıb.

Marja

VTB