USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan MAQATE-nin elektron şəbəkəsinə rəsmi üzv qəbul edilib

03.05.2019 İqtisadiyyat
0 0
Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin elektron şəbəkəsinə rəsmi üzv qəbul edilib.

Azərbaycan Metrologiya İnstitutunun mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırovun Trend-ə verdiyi məlumata görə, Azərbaycan Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında (AEBA) Texniki Əməkdaşlıq Çərçivə Proqramına əsasən, AEBA-nın 2009-2012-ci illər üzrə Fəaliyyət Planı üzrə Azərbaycanda "Etalon Dozimetrik Laboratoriyası (Azerbaijan SSDL)" yaradılmışdır (AZB/6005).

Bu laboratoriya hazırda "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin balansında yerləşir və "İonlaşdırıcı şüalanma və radioaktivlik ölçmə vasitələrinin kalibrlənməsi və yoxlanması" şöbəsi kimi fəaliyyət göstərir. Laboratoriyanın faəliyyət istiqaməti respublikada mövcud olan ionlaşdırıcı şualanma ölçmə vasitələrinin (dozimetrlər, radiometrlər, rentgen diapazonunda işləyən dozimetrik cihazlar və s.) kalibrləməsindən və yoxlanmasından ibarətdir.

Ə.Bağırov əməkdaşımızla söhbətində daha sonra bildirmişdir ki, AEBA-nın və Dünya Sağlamlıq Təşkilatının (IAEA/WHO) tələblərinə görə, AEBA-nın üzvü olan ölkələrdə AEBA dəstəyi ilə yaradılmış bütün bu tip laboratoriyaların iş fəaliyyətlərinin daha geniş şəkildə əks etdirilməsi və dünya ölkələri arasında mövcud olan SSDL laboratoriyalarının qarşılıqlı əlaqələrinin yaradılması məqsədilə AEBA-nın IAEA/WHO SSDL Network Charter" üzvlük elektron şəbəkəsinə qoşulması günün tələbidir:

"AEBA tərəfindən dünən aldığımız məlumata görə, "Azərbaycan SSDL"i (Etalon Dozimetrik Laboratoriyası) artıq "IAEA/WHO SSDL Network Charter" elektron şəbəkəsinə rəsmi üzv qəbul edilmiş və bu barədə AEBA-nın Dozimetrik laboratoriyası tərəfindən dərc olunan illik "SSDL Newsletter" kataloqunun növbəti 69 saylı, aprel 2019-cu il tarixli (İSSN 1001 2669) sayında məlumat verilib. Bundan sonra dərc olunacaq kataloqun növbəti sayında Azərbaycan SSDL-nin iş fəaliyyəti haqqında geniş məlumat veriləcək".

  • Əvvəlki

    Balıqartırma zavodları özəlləşdiriləcək

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0