USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycan qazını Yunanıstan və İtaliyaya çatdırmaq üçün lazımi işlər görülüb"

14.05.2019 İqtisadiyyat
0 0
“Cənubi Qaz Dəhlizi strateji layihədir. Azərbaycan qazını 2020-ci ilədək Yunanıstan və İtaliyaya çatdırmaq üçün lazımi işlər görülüb".

"Kommersant.az" xəbər verir ki, bunu Brüsseldə "Şərq Tərəfdaşlığı" Proqramının onilliyinə həsr olunan Yüksək Səviyyəli Konfrans çərçivəsində keçirilən "Şərq Tərəfdaşlığının 10 illiyi: Konkret nəticələrlə bağlı nailiyyət və təhdidlər" adlı paneldə nitq söyləyən xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Cənub Qaz Dəhlizi layihənin sonu deyil, bir qolunu da Balkanlara çəkmək nəzərdə tutulur. Bu məsələ də hələlik həllini tapmayıb", – nazir deyib.

O, Azərbaycanın uğurla həyata keçirdiyi başqa irimiqyaslı infrastruktur layihələrindən danışaraq, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən söz açıb.

"Bakı-Tbilisi-Qars Şərq ilə Qərbi qovuşdurub. Gün gələcək bizim indiki gənclər Bakıda qatara minib Stokholma gedə biləcəklər. Bu da insanlar arasındakı təmasları artırmaq deməkdir", – E.Məmmədyarov xüsusi vurğulayıb.

Report

  • Əvvəlki

    AMB bu işlərini görməyi “GƏL”ə həvalə etdi

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0