USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azəriqaz” Gəncə və Göygölün bir qəsəbəsini qazlaşdırır

23.05.2019 İqtisadiyyat
0 0
Azərbaycanın çətin relyefdə yerləşən kənd və qəsəbələrinin qazlaşdırılması istiqamətində aparılan tədbirlər davam etdirilir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, ölkənin ən ucqar ərazilərinə belə qaz xətti çəkilir, əhalinin mavi yanacaqdan istifadəsi üçün lazım olan bütün gərəkli addımlar atılır.

Aparılan işlər çərçivəsində hazırda Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsinin qazlaşdırılmasına başlanılıb. Qəsəbə sıldırım qayalıqlarla əhatə olunub. Olduqca çətin coğrafi relyefdə yerləşdiyindən bu qəsəbədə sovetlər dönəmində belə "mavi yanacaq" olmayıb. Əhali qaza olan təlabatını ancaq odunla ödəyib. Bu gün isə qəsəbənin ən ağrılı problemi aradan qaldırılmaqdadır. Tərtib edilmiş layihəyə uyğun olaraq, Aşağı Zurnabad qəsəbəsinin "mavi yanacaq"la təmin olunması məqsədi ilə ümumi uzunluğu 4 443 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi və hər bir evdə sayğac, eləcə də fərdi tənzimləyici quraşdırılması nəzərdə tutulur. Bildirilib ki, işlərə cari ilin may ayında başlanılmasına baxmayaraq, tezliklə qəsəbənin qazlaşdırılması tam yekunlaşacaq.

Eyni zamanda 90 fərdi evdən ibarət olan Gəncə şəhəri Sevil Qazıyeva küçəsində yeni massivin təbii qazla təmin edilməsi üçün "Azəriqaz" tərəfindən 5 015 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi və hər bir evə sayğac, eləcə də fərdi tənzimləyici quraşdırılması işləri aparılır.

  • Əvvəlki

    “Forbes” açıqladı: Rusiyanın ən varlı milyarderləri kimlərdir?

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0