USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərişığ"ın aktivləri 10%-ə yaxın artıb

23.05.2019 İqtisadiyyat
0 0
"Azərişıq” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2 237,826 milyon manat təşkil edib.

"Kommersant.az" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 9,4% çoxdur.

2018-ci ildə səhmdar cəmiyyətinin uzunmüddətli aktivləri 14,5% artaraq 2 067,145 milyon manata çatıb, qısamüddətli aktivləri isə 28,6% azalaraq 170,681 milyon manata düşüb.

Ötən il səhmdar cəmiyyətin elektrik enerjisinin satışından gəliri 1 205,021 mln. manat (əvvəlki ilə nisbətən 2,4% çox), satışının maya dəyəri 1 097,307 mln. manat (2% çox), paylama xərcləri 43,292 mln. manat (6% çox), inzibati xərcləri 51,076 mln. manat (27,8% çox), debitor borclar üzrə dəyərsizləşmə zərəri 11,774 milyon manat (əvvəlki il gəlir olub), sair gəlirləri 48,51 milyon manat (65,2% çox), sair xərcləri 13,258 milyon manat (49,9% az), xalis maliyyə xərcləri 6,555 milyon manat (42,6 dəfə çox), mənfəət vergisi xərci isə 17,35 milyon manat (33,2% az) təşkil edib.

Son nəticədə qurum 2018-ci ili 12,919 milyon manat mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 28% azdır.

  • Əvvəlki

    “Azəriqaz” Gəncə və Göygölün bir qəsəbəsini qazlaşdırır

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0