USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Cənub Qaz Dəhlizinə 200 mln. dollar ayıracaq

30.05.2019 İqtisadiyyat
0 0
Bu ilin sonuna və gələn il “Cənub Qaz Dəhlizi” QSC və onun törəmə müəssisələri tərəfindən Cənub Qaz Dəhlizinə daxil olan layihələrə, ümumilikdə, 400 mln. dollar yönəldilməsi nəzərdə tutulur.
"Kommersant.az" xəbər verir ki, bu barədə "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev Bakıda keçirilən 26-cı Xəzər Beynəlxalq Neft və Qaz konfransında məlumat verib. Bu vəsaitin 200 mln. dollarının bu ilin sonuna, qalanının isə gələn il üçün ayrılması planlaşdırılır. O qeyd edib ki, aprelin sonuna "Cənub Qaz Dəhlizi" QSC Cənub Qaz Dəhlizinə daxil olan layihələrdə payının maliyyələşdirilməsi üçün layihələr başa çatanadək tələb olunan 10,1 mlrd. dollardan 9,7 mlrd. dollarını yönəldib. Baş direktor bildirib ki, 9,7 mlrd. dolların 0,2 mlrd. dolları 2019-cu ilin ilk 4 ayının payına düşüb. Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" QSC Azərbaycan Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. "Cənub Qaz Dəhlizi" QSC Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir. Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. "Şahdəniz-2" layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. Report
  • Əvvəlki

    “Avropa səbirsizliklə Azərbaycan qazını gözləyir”

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0