USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Equinor” və SOCAR-ın ortaq şirkəti Azərbaycanda filial açdı

18.06.2019 İqtisadiyyat
0 0
"Karabah Operating Company"(KOC) əməliyyat şirkətinin filialı Vergilər Nazirliyində qeydiyyatdan keçib.

"Kommersant.az" xəbər verir ki, mayın 13-də şirkətin filialı qeydiyyatdan keçib. Onun rəsmi təmsilçisi Tahir Dadaşovdur.

Şirkətin ofisi Bakı şəhərinin Nərimanov rayonunda yerləşir.

31 may 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin "Equinor" şirkəti arasında "Qarabağ" yatağının işlənməsi haqqında Risk Service Contract imzalanıb. Müqavilə 2018-ci il iyunun 29-da Milli Məclisdə ratifikasiya edilib, iyulun 5-də isə qüvvəyə minib. Layihələrin icrası üçün "Equinor" və SOCAR tərəfindən paritet əsaslarla (50%:50%) birgə əməliyyat şirkəti yaradılıb.

Qarabağ yatağı Bakıdan 130 km şərqdə yerləşir. Yatağın çıxarıla bilən neft ehtiyatları 16 mln. ton, qaz ehtiyatları isə 28 mlrd. kubmetrdir. Yataqda dənizin dərinliyi 180 metrdir.

İntefaks-Azərbaycan

  • Əvvəlki

    Bank olmayan kredit təşkilatları ilə bağlı yeni layihə hazırlandı

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0