USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR bu ölkədə yanacaqdoldurma məntəqəsi istifadəyə verdi

03.07.2019 İqtisadiyyat
0 0
Rumıniyanın Satu Mare regionunda SOCAR brendi ilə ilk yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

"Kommersant.az" xəbər verir ki, Rumıniya KİV-nin verdiyi məlumata görə, bu, Rumıniyada SOCAR brendi ilə açılan 43-üncü yanacaqdoldurma məntəqəsidir.

Yeni YDM ən müasir texnologiyalarla, müasir avadanlıqlarla təchiz edilib. Məntəqədə "SOCAR Petroleum" şirkəti "Nano" markalı 4 növ yanacaq satışını həyata keçirir. SOCAR YDM-lərində müştərilər hesabların, kommunal xidmətlərin ödənilməsi xidmətindən də istifadə edə bilərlər.

Müştərilərə YDM ərazisindəki "Nar" kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunur. Bundan başqa, YDM-də elektrikli avtomobillərin enerji ilə doldurulması üçün avadanlıq mövcuddur.

Xatırladaq ki, SOCAR Rumıniyanın 20 rayonunda YDM şəbəkəsinə malikdir. "SOCAR Petroleum S A" 2011-ci ildən Rumıniya bazarında fəaliyyət göstərir.

Marja.az

  • Əvvəlki

    Havalar yenidən istiləşir - PROQNOZ

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0