USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa Azərbaycanın qeyri-neft sektoruna sərmayə yatırmaq niyyətindədir

11.07.2019 İqtisadiyyat
0 0
Fransa Azərbaycanla kənd təsərrüfatı, turizm və yeni texnologiyalar sahəsində əməkdaşlıq qura bilər.

"Kommersant.az" xəbər verir ki, bunu jurnalistlərə Fransa Fransa Şirkətləri Birliyinin (MEDEF) prezidenti Jofrua de Bezyö bildirib.

Onun sözlərinə görə, həm kənd təsərrüfatı, həm də turizm sahəsində əməkdaşlıq üçün böyük imkanlar var.

J. de Bezyö qeyd edib ki, Fransa-Azərbaycan iqtisadi əlaqələri inkişaf edir, lakin onları daha da genişləndirmək üçün imkanlar mövcuddur.

İki ölkə arasında energetika sahəsində dərin əlaqələr mövcuddur, Fransanın "Total" şirkəti Azərbaycanda fəaliyyət göstərir. Buna baxmayaraq, J. de Bezyönun sözlərinə görə, Fransa tərəfi başqa sahələrə də sərmayə yatırmaqda maraqlıdır.