USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan neftinin qiyməti yenə “oynayır” - Proqnoz mümkün deyil

12.07.2019 İqtisadiyyat
0 0
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. Son məlumata görə, onun dəyəri 2.33 dollar artaraq 68,11 dollara çatıb.

"Kommersant.az" xəbər verir ki, son aylarda dünya bazarında neftin qiymətindəki dəyişiklikləri və son bahalaşmanı şərh edən iqtisadçı-ekspert Qadir İbrahimli "Yeni Sabah"a bildirib ki, hazırkı artım o qədər də böyük deyil.

"Qiymət əsasən 60-70 dollar arasında dəyişir. 60 dollardan da aşağı düşdüyü hal olub, lakin 70 dollardan çox qalxdığı müşahidə olunmayıb".

Ekspertin sözlərinə görə, qiymətə təsir edən əsas amil dünyada baş verən proseslərlə bağlıdır. "Amerika ilə Çin arasında ticarət sahəsində qarşıdurmanın yaranması Çinin iqtisadiyyatına təsir edib. Onun inkişaf tempi aşağı düşüb. Ancaq dünyada hasil olunan neftin 70 faizi yanacağa və yanacağın istehsalına gedir. Qiymətin qalxmağının ilk səbəbi odur ki, Çin və Hindistan iqtisadiyyatının yüksək templə inkişafı və kifayət qədər enerji resursundan istifadə edəcəkləri ilə bağlı gözləntilər mövcud idi. Orada iqtisadiyyatın inkişaf tempi bir az aşağı düşəndə o dəqiqə proqnazlar dəyişir ki, yanacağa, enerji resursuna o qədər də ehtiyac yoxdur.

İkincisi, Suriya, İran faktorudur. Fikir verirsinizsə, son zamanlar Amerika İranı hədələyir ki, ona sanksiyalar tətbiq edəcək. Bu günkü gündə İranla İngiltərə arasında çox gərgin münasibət var. Hətta İran katerləri neft daşıyan gəmini saxlamağa səy göstərmişdi. Belə hadisələr hər şeyə təsir edir. Məsələn, sabah İranın neftini bazardan kənarlaşdırsalar, qiymətlər qalxa bilər".

Ekspert qeyd edib ki, qiymətlər gözləntilərə əsasən qalxır, ya da düşür. Qiymətlərin dəyişməsi iqtisadi əsaslara uyğun dəyişmir. Buna görə də qiymətləri əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil:

"Qiymətdə cüzi artım belə ölkə iqtisadiyyatı üçün müsbət haldır. Çünki o pullar Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil olur. Orada yığılır və ehtiyac olduqca dövlət büdcəsinə ötürülür, transfer olunur. Onun iqtisadiyyata birbaşa təsiri yoxdur. Ölkə iqtisadiyyatına birbaşa təsir edən dövlət büdcəsidir. Oradan xərcləmələr, oradan invenstisiyalar ölkə iqtisadiyyatı ilə əlaqəlidir. Hər il dövlət büdcəsi formalaşanda Milli Məclisdə müzakirə olunur ki, Dövlət Neft Fondundan hansı məbləğ əlavə olaraq dövlət büdcəsinə transfer olunsun və bunu sonra müxtəlif sahələrdə hökumət istifadə edə bilsin".

  • Əvvəlki

    "Bakı Kart"ın balansını internetlə artırmaq nə vaxt mümkün olacaq?

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0