USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan neft ixracını 17% artırıb

16.07.2019 İqtisadiyyat
0 0
Bu ilin I yarısında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 15 833 150,78 ton xam neft və bitumlu minerallardan hazırlanan xam neft məhsulları ixrac edib.

"Kommersant.az" Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 7 671 234,27 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 76,87% olub.

Bu ilin I yarısında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının miqdarı ötən ilin müvafiq dövründən 16,7%, dəyəri isə 10% çoxdur.

  • Əvvəlki

    “Azəriqaz”da kadr dəyişikliyi olub

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0