USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ziya Məmmədovun qardaşının 73 min manatlıq qaz borcu: Məhkəmə qərar verdi

31.07.2019 İqtisadiyyat
0 0
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun şirkəti – “Bakı XXI Əsr” MMC 73 min manat cərimələnib.

Özü də keçmiş deputat olan Elton Məmmədovun rəhbərlik etdiyi qurum qazpulunu ödəmədiyinə görə haqqında məhkəmə qərarı çıxarılıb.

"Kommersant.az" xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi məhkəmədə şirkətə qarşı iddia qaldırıb. Öncə iddiada göstərilib ki, "Bakı XXI Əsr" MMC-nin təbii qazdan istifadəyə görə 47 min 945 manat borcu var. "Azəriqaz" həmin məbləği və məhkəməyə müraciət üçün ödənilmiş 30 manat rüsumu sabiq deputatın şirkətindən tələb edib. Sonradan "Azəriqaz" dəqiqləşdirmə aparıb və bu zaman borcun məbləği 72 min 882 manata qalxıb.

Məhkəmə cavabdeh tərəf kimi "Bakı XXI Əsr" MMC-yə prosesin vaxtı barədə məlumat versə də, onlardan gələn olmayıb. Ona görə də "Azəriqaz"ın iddiasına qarşı tərəf olmadan baxılıb və qiyabi qətnamə çıxarılıb.

Qərar da belə olub ki, "Bakı-XXI Əsr" MMC-dən istifadə olunmuş təbii qaza görə 72 min 882 manat əsas borc, 30 manat da rüsumun əvəzi tutulub, "Azəriqaz"a ödənilməlidir.

E.Məmmədov bir müddət öncə Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib. Qardaşı nazir olduğu dövrdə Bakı Beynəlxalq Avtovağzalına elə "Bakı XXI Əsr" MMC vasitəsilə E.Məmmədov nəzarət edirdi.

Avtovağzal "2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Nəqliyyat Nazirliyinin sifarişi ilə tikilib. Obyekt Z.Məmmədovun ailə biznesini özündə birləşdirən "ZQAN Holding" tərəfindən inşa edilmişdi. Baş podratçı isə "Bakı XXI Əsr" MMC idi. Şirkətin təsisçisi və baş direktoru isə E.Məmmədov idi.

Sonradan bu şirkətdə direktor vəzifəsinə Z.Məmmədovun digər qardaşı Nəriman Məmmədovun oğlu Famil Məmmədovun təyin edilməsi barədə məlumatlar yayılmışdı.

2017-ci ilin fevralında Nəqliyyat Nazirliyi ayrıca qurum kimi ləğv olunub, Z.Məmmədov da vəzifəsindən çıxarılandan sonra Bakı Beynəlxalq Avtovağzalı sabiq deputat E.Məmmədovdan alınaraq, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyinə verildi.

  • Əvvəlki

    Yeni təyin olunan universitet rektoru kimdir? - DOSYE

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Lirə uçuruma doğru sürətlə irəliləyir
0 0
28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0