USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2 kəndə qaz verildi

10.08.2019 İqtisadiyyat
0 0
Bu gün qazlaşdırma işləri başa çatdırılmış Goranboy rayonunun Gülməmmədli və Qarapirimli kəndlərinə təbii qaz verilib.

"Kommersant.az" xəbər verir ki, bu münasibətlə rayon rəhbərliyi və "Azəriqaz" İB nümayəndələrinin iştirakı ilə açılış mərasimi keçirilib.

Qeyd edək ki, Gülməmmədli kəndində 48, Qarapirimli kəndində isə 58 abonentin evi qazlaşdırılıb. İşlərə bu il başlanılıb və hər bir fərdi mənzilin qaz kəməri üzərində qaz sayğacı quraşdırılıb.

Bu gün, həmçinin, qazlaşdırma işləri başa çatdırılmış Şamaxı rayonunun Çıraqlı və Çöl-Göylər kəndlərinə təbii qaz verilib. Bu münasibətlə Çıraqlı kəndində rayon rəhbərliyi və "Azəriqaz" İB nümayəndələrinin iştirakı ilə mərasim keçirilib.

Qeyd edək ki, Çıraqlı (39 abonent) və Çöl-Göylər (110 abonent) kəndlərinə təbii qazın verilməsi ilə rayon üzrə qazlaşma faizi 96,67 %-ə çatıb. İşlərə bu ilin fevral ayının əvvəlində başlanılıb. Ümumilikdə 2 kənddə müxtəlif diametrli yeraltı orta təzyiqli polietilen və paylayıcı yerüstü qaz kəmərləri çəkilib. Hər bir fərdi mənzilin qaz kəməri üzərində 149 ədəd qaz sayğacı quraşdırılıb.

  • Əvvəlki

    Qurban bayramı ilə əlaqədar bu xidmət ödənişsiz olacaq

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0