USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azəriqaz” bu il 179 binaya qaz verib

14.08.2019 İqtisadiyyat
0 0
Bu il avqust ayının əvvəlinə qədər Azərbaycanda 179 bina üzrə 11 786 mənzil, təkcə iyul ayında isə 35 bina üzrə 3 072 mənzil qazla təmin olunub.

Bu barədə "Kommersant.az" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu işlərin icrası çərçivəsində Birliyin əməkdaşları qazla təmin olunmayan və ya natamam təmin olunan yaşayış binalarının tikinti şirkətləri ilə mütəmadi görüşlər keçirib. Yaranmış problemlərin aradan qaldırılması üçün lazımı köməyin göstərilməsi istiqamətində müvafiq təkliflər verilib.

  • Əvvəlki

    Dünya bazarlarında neft ucuzlaşıb

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0