USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TANAP-la indiyədək nəql edilən qazın həcmi açıqlanıb

19.09.2019 İqtisadiyyat
0 0
Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün həyata keçirilən Trans-Anadolu Boru Kəməri (TANAP) ilə indiyə kimi (2018-ci il iyunun 30-dan) Türkiyəyə 2,5 mlrd. kubmetrdən çox qaz nəql olunub.

"Kommersant.az" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən mətbuat konfransında Energetika naziri Pərviz Şahbazov bildirib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin seqmentləri üzrə ümumi inkişaf göstəriciləri "Şahdəniz Mərhələ 2"də 93% (ilk qazın əldə olunması 100%), TANAP-da 99,9%, TAP-da isə 90%-ə yaxındır.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. "Şahdəniz-2" layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.

İlkin mərhələdə ildə 16 mlrd. kubmetr qazın nəqli nəzərdə tutulur ki, bu həcmin 6 mlrd. kubmetri Türkiyə bazarlarına, 10 mlrd. kubmetri Avropa bazarlarına çatdırılacaq. 2018-ci il iyunun 30-dan TANAP-la Türkiyə bazarına kommersiya qazının nəqlinə başlanılıb. 2020-ci ilin əvvəlində Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. (Report.Az)

  • Əvvəlki

    Azərbaycandan Gürcüstana gedənlərin sayı 1 milyonu ötdü

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0