USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan elektrik enerjisinin istehsalını artırmaqda davam edir

18.10.2019 İqtisadiyyat
0 0
Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 18,2 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 5,7% çoxdur.

"Kommersant.az"ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-sentyabr aylarında 17,54 mlrd. kVt-saat təşkil edib (6,1%-lik artım).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilə edilən elektrik enerjinin 16,13 mlrd. kVt-saat istilik (7,2%-lik artım), 1,29 mlrd. kVt-saat su elektrik (9,3%-lik azalma) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.