USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2021-2023-ci illər üçün neftin qiyməti üzrə proqnoz

22.10.2019 İqtisadiyyat
0 0
Azərbaycan hökuməti 2021-2023-ci illər üçün dünya bazarlarında neftin bir barelinin orta qiymətini 55 ABŞ dolları səviyyəsində proqnozlaşdırır.

"Kommersant.az"ın Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, 2019-cu il üçün bu göstərici 60 dollar, 2020-ci və növbəti iki il üçün isə 55 dollar səviyyəsində olacağı gözlənilir.

Ötən il dünya bazarlarında neftin bir barelinin orta qiyməti 71,1 dollar civarında olub.