USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azəristiliktəchizat” və “Azəriqaz” arasındakı borc probleminə - MÜNASİBƏT

18.11.2019 İqtisadiyyat
0 0
“Azəristiliktəchizat” ASC-nin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən aldığı təbii qaza görə borcunu ödəməməsi ilə bağlı problem bundan əvvəl də olub”.

"Kommersant.az" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov bildirib.

"Biz bu məsələni təhlil etmişik və təkliflər hazırlamışıq. Müzakirələr zamanı hansı borcların qalması təhlil olunub və Nazirlər Kabinetinə müvafiq təkliflər təqdim edilib. Onu da qeyd edim ki, istilik təchzaitı sahəsində islahatların aparılması və effektivliyin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib və bu sahədə təcrübəsi olan Almaniya şirkəti prosesə cəlb edilib. Təhlillər aparırıq və sahənin təkmilləşdirilməsi, effektivliyin artırılması, subsidiya məsələlərinə baxılması ilə bağlı təkliflər bu yaxınlarda dövlət başçısına təqdim olunacaq", - o deyib. (Report.Az)

  • Əvvəlki

    İran hökuməti benzinin bahalaşmasına görə təzminat verəcək

Digər xəbərlər